BMT-nin Baş Assambleyası təşkilatın gələn il üçün büdcəsini təsdiqləyib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Qurumun 2022-ci ilə büdcəsi 3,12 milyard ABŞ dolları qiymətləndirilir.
Baş Assambleya gələn il üçün xərclərini də açıqlayıb. İclasın tam hesabatı dekabrın 27-də dərc olunacaq.