BMT-də işləmiş diplomat Manhetten ərazisindəki mənzilində ölü tapılıb.
“Report”un məlumatına görə, bu barədə
Nəşrin polisdəki mənbələrinin sözlərinə görə, söhbət 38 yaşlı qadından gedir. Onun hansı dövlətin daimi nümayəndəliyində işləməsi açıqlanmır.
Mərhumun vətəndaşlığı haqqında da informasiya verilmir. Qəzet qeyd edib ki, diplomat azı iki il bu mənzildə yaşayıb.
Nəşrin məlumatına görə, polis hadisənin qətl olduğunu hesab etmir.