BMT-nin sülhməramlıları Livanın cənubunda onların mövqelərinin atəşə tutulması nəticəsində yaralanıb 

BMT-nin sülhməramlıları Livanın cənubunda onların mövqelərinin atəşə tutulması nəticəsində yaralanıb  BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ramya sərhəd bölgəsində yerləşən postu atəşə tutulub, nəticədə Qanadan olan dörd hərbçi yaralanıb.
Digər ölkələr
20 Noyabr , 2024 03:04
BMT-nin sülhməramlıları Livanın cənubunda onların mövqelərinin atəşə tutulması nəticəsində yaralanıb 

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ramya sərhəd bölgəsində yerləşən postu atəşə tutulub, nəticədə Qanadan olan dörd hərbçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidmətinin teleqram kanalında yaydığı açıqlamada bildirilir.

“Ayrı-ayrı qeyri-hökumət qrupları tərəfindən buraxıldığı ehtimal edilən raket Ramya kəndindən şərqdə yerləşən UNP 5-42 bazasına düşüb, növbədə olan Qanadan dörd sülhməramlı yaralanıb. Yaralıların üçü Tir şəhərindəki hospitala müalicə üçün çatdırılıb”, – məlumatda vurğulanıb.

Bildirilib ki, daha beş raket UNIFIL-in qərbi Livan cənubunda yerləşən Şamaa qəsəbəsindəki texniki xidmət mərkəzinə atılıb.

“Emalatxanaya ciddi ziyan dəysə də, sülhməramlılardan xəsarət alan olmayıb”, – açıqlamada qeyd olunur.

Təşkilatın məlumatına görə, üçüncü hadisə Xirbət-Silm kəndinin şimal-şərqindəki magistral yolda baş verib. Burada silahlı şəxs “mavi dəbilqə” patruluna atəş açıb, lakin sülhməramlılar arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, UNIFIL komandanlığı hər bir insidentin araşdırılmasına başlayıb və bu barədə Livan ordusunu məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi