"Taliban"a qarşı sanksiyalar humanitar vəziyyəti gərginləşdirməməlidir.
"Report"un məlumatına görə, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
S.Düjarrik keçirdiyi brifinqdə bəzi ölkələrin "Taliban" əleyhinə yeni sanksiyalar tətbiq etmələri ilə bağlı vəziyyəti şərh edərkən, istənilən sanksiyanın humanitar vəziyyəti ağırlaşdıra biləcəyini qeyd edib.
"Sanksiyalar Təhlükəsizlik Şurasının arsenalında çox vacib bir vasitədir - nə olursa olsun, sanksiyalar humanitar vəziyyəti gərginləşdirməməlidir. Bu, Baş katibin başlıca mövqeyidir", - Düjarrik bildirib.