"Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra onlarla əlaqə konstruktiv və faydalı olub.
"Report" xəbər verir ki, bunu BMT-nin Əfqanıstandakı missiyasının rəhbəri Debora Lyons Təhlükəsizlik Şurasının iclasında deyib.
Missiya rəhbəri bildirib ki, BMT Əfqanıstanda İŞİD terrorçularının fəallığının artmasından narahatdır.
"Taliban" bu terror qruplaşmasının yayılmasına müqavimət göstərə bilmir", - Lyons qeyd edib.
O, əlavə edib ki, Əfqanıstanda ağır iqtisadi vəziyyət silah və narkotik ticarətinin həcminin artmasına səbəb ola bilər.