Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Karzay Beynəlxalq Hava Limanında törədilmiş silsilə terror aktları ilə bağlı bəyanat yayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bəyanatda deyilir:
“Kabil aeroportundakı terror aktlarının icraçıları, təşkilatçıları və sponsorları məsuliyyətə cəlb olunmalıdırlar”.
Qeyd edək ki, avqustun 26-da Kabil aeroportunda silsilə partlayışlar törədilib. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.