BMT Təhlükəsizlik Şurası Liviyadakı missiyanın mandatını bir il uzadıb

BMT Təhlükəsizlik Şurası Liviyadakı missiyanın mandatını bir il uzadıb BMT Təhlükəsizlik Şurası bazar ertəsi Liviyadakı qlobal dəstək missiyasının (UNSMIL) mandatının bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamə qəbul edib.
Digər ölkələr
31 Oktyabr , 2023 08:51
BMT Təhlükəsizlik Şurası Liviyadakı missiyanın mandatını bir il uzadıb

BMT Təhlükəsizlik Şurası bazar ertəsi Liviyadakı qlobal dəstək missiyasının (UNSMIL) mandatının bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamə qəbul edib.

“Report” xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 ölkəsinin hamısı Böyük Britaniya tərəfindən hazırlanmış müvafiq sənədə səs verib. Onun mətninə əsasən, missiyanın səlahiyyətləri 2024-cü il oktyabrın 31-dək uzadılıb.

Qətnamədə həmçinin Liviyanın siyasi institutları seçkilərin keçirilməsinə mane olan bütün məsələləri mümkün qədər tez həll etməyə çağırılır. Bundan əlavə, yerli hakimiyyət orqanları sentyabr ayında ölkənin şimal-şərq rayonlarına təsir edən daşqınların qurbanlarına humanitar yardımların maneəsiz çıxışını təmin etməlidir.

İndi Liviyada faktiki olaraq iki hökumət var: ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabineti və Tripolidə Abdel Həmid Dbeibanın rəhbərlik etdiyi Milli Birlik Hökuməti.

Son xəbərlər

Orphus sistemi