BMT Təhlükəsizlik Şurası hərbi çevrilişin baş verdiyi Malidəki vəziyyətlə əlaqədar təcili iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “TASS”a qurumdakı mənbə məlumat verib.
“Fövqəladə iclas avqustun 19-da qapalı formatda keçiriləcək”-deyə, mənbə bildirib.
Xatırladaq ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Üsyançılar artıq paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keita və baş nazir Bubu Sisseni həbs edib.
Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Camaranın rəhbərlik etdiyi Milli Qvardiya əsgərlərinin nəzarəti altındadır. Paytaxt Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.