BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası iyunun 6-da keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın iyun ayı üzrə iş proqramında deyilir.
İclasın konkret mövzusu hələ açıqlanmayıb.
BMT Katibliyinin Ukraynadakı hazırkı vəziyyətə, o cümlədən humanitar və ərzaq probleminə dair hesabatları gözlənilir. Təhlükəsizlik Şurasının üzvlərinin baxılması üçün hər hansı konkret təklifin təqdim edilməsi planlaşdırılmır.