BMT Təhlükəsizlik Şurasında veto hüququ məhdudlaşdırıla bilər

BMT Təhlükəsizlik Şurasında veto hüququ məhdudlaşdırıla bilər BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququndan istifadə edərkən bunu əsaslandırmaq öhdəliyi tətbiq oluna bilər.
Digər ölkələr
20 Aprel , 2022 16:50
BMT Təhlükəsizlik Şurasında veto hüququ məhdudlaşdırıla bilər

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququndan istifadə edərkən bunu əsaslandırmaq öhdəliyi tətbiq oluna bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydanı nəzərdə tutan qətnamə layihəsi Lixtenştein tərəfindən ABŞ da daxil olmaqla 57 ölkənin dəstəyilə dünən Baş Assambleyaya təqdim olunub və aprelin 26-da müzakirə olunacaq.

Uzun müddətdir müzakirə olunan bu məsələ Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra daha da aktuallaşıb. Belə ki, Rusiyanın qoyduğu vetolar səbəbilə BMT Nizamnaməsinə əsasən dünyada sülhü qorumaq öhdəliyini daşıyan Təhlükəsizlik Şurasının fəaliyyəti iflic olub.

Qətnamə layihəsinə görə, Təhlükəsizlik Şurasının bir və ya daha çox üzvü tərəfindən veto tətbiq edilməsindən sonrakı 10 iş günü ərzində Baş Assambleyanın 193 üzv ölkəsi bu məsələyə dair müzakirəyə və vetoya görə hesabat tələb etməyə çağırıla bilər.

Son xəbərlər

Orphus sistemi