BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) mandatını 2023-cü il martın 17-dək uzadıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Sənəd Təhlükəsizlik Şurasına üzv olan 14 ölkənin dəstəyini alıb, Rusiya isə səsvermədə bitərəf qalıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya tərəfi missiyanın uğur qazanmasını arzulayır, lakin ona verilən bütün vəzifələri yerinə yetirə bilmirsə, məsuliyyət daşımaq istəmir.