BMT Təhlükəsizlik Şurasında (TŞ) üzv ölkələrin nümayəndələri İsrailin dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan edən qanunu pislənib.
“Report”un ABŞ bürosu xəbər verir ki, TŞ-də keçirilən xüsusi sessiyaya sədrlik edən İsveçrənin xarici işlər naziri İqnatsio Kassis BMT TŞ-nin qəbul etdiyi qərarların yerinə yetirilməməsini bildirib.
Nazir TŞ-nin qərarlarının təsirsiz olduğunu deyib: “Biz Qəzzada münaqişədən çıxış yolu tapmalıyıq: Qəzzaya humanitar yardımları artırılmalı, dağıntılar və zorakılığa son verilməlidir. Biz İsrail parlamentində qəbul edilmiş UNRWA-in fəaliyyətinin dayandırılması isə bağlı qərarı pisləyirik və BMT qurumlarına və onların səlahiyyətlərinə qarşı birtərəfli addımları rədd edirik”.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild UNRWA ilə bağlı qanundan narahatlıq duyduğunu vurğulayıb: “Bu otaqda nə qədər insan aclıqdan ölən bir uşağı seyr edib? Mən gördüm. ABŞ-nin İsrailin Cibaliya və ya başqa yerlərdə fələstinliləri aclıqdan öldürməsini qəbul etmirəm, İsrailin meydandakı fəaliyyəti onun sözləri ilə uyğun olmalıdır”. Qrinfild UNRWA-in yüzlərlə əməkdaşının HƏMAS-la heç bir əlaqəsinin olmadığını və onlara vəzifələrini yerinə yetirməsinə icazə verilməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, oktyabrın 28-də İsrail parlamenti UNRWA-in ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.