Beynəlxalq birlik dünyada nüvə silahından azad yeni zonalar yaratmalıdır.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu BMT baş katibinin tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu nüvə silahından azad zonalar arasında əməkdaşlığın gücləndirilməsinə dair beynəlxalq konfransda deyib.
"Arktika, Şimal-Şərqi Asiya və Mərkəzi Avropa kimi regionlarda zonaların yaradılması səyləri təşviq edilməlidir. Yaxın Şərqdə yeni zonanın yaradılması prioritet olaraq qalmalıdır", - BMT nümayəndəsi bildirib.
O əlavə edib ki, məhz Qəzzada davam edən məhvedici humanitar böhran və Yaxın Şərq regionunda münaqişənin kəskinləşməsi riski belə bir zonanın yaradılmasının aktuallığını və vacibliyini vurğulayır.