Boliviya prezidentinin sabiq əvəzləyicisi həbs olundu
Boliviya prezidentinin sabiq əvəzləyicisi həbs olunduBoliviyada məhkəmə prokurorluğun ölkə prezidentinin əvəzləyicisi olmuş Janin Anyes barəsində vəsatətini təmin etmək barədə qərar qəbul edib
Boliviyada məhkəmə prokurorluğun ölkə prezidentinin əvəzləyicisi olmuş Janin Anyes barəsində vəsatətini təmin etmək barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Janin Anyes özünün tvitterdəki hesabında yazıb.
Siyasətçi 4 aylıq inzibati həbs cəzası alıb.
“... Məni baş verməmiş “çevriliş" üçün mühakimə olunmağımı gözləmək üçün dörd ay müddətinə həbsxanaya göndərdilər”, - o, sosial şəbəkədə yazıb.
Janin Anyes martin 13-də dövlətə xəyanət, qiyama və sui-qəsdə təhrikçilik ittihamları üzrə saxlanılıb.
Boliviya polisi ölkə prezidentinin sabiq əvəzləyicisini yaxalamağa gələndə onu çarpayının altında aşkarlayıb. Anyes Benya departamentinin Trinidad şəhərindəki qohumlarının evində imiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı onu çarpayının altında yerləşən yeşikdə tapıblar.
Onun tutulması BMT baş katibinin diqqətini cəlb edib.
Como hemos denunciado, el MAS decide y el sistema judicial obedece: me envían 4 meses detenida para esperar el juicio por un "golpe" que nunca ocurrió. Desde aquí llamo a Bolivia a tener fe y esperanza. Un día, entre todos, levantaremos una Bolivia mejor.