"Report" xəbər verir ki, bu barədə ölkə Prezidenti Luis Arse tviter hesabında bildirib.
"Keçən il başladığımız kəşfiyyat işləri öz nəticəsini verib. Tariya və Çukizaka arasında yerləşən Marqarita Huakaya yatağında gündəlik 3 milyon kubmetr hasilat potensialına malik təbii qaz ehtiyatları aşkar etmişik".
Boliviya neft və qaz şirkətinin məlumatına görə, quyu ən iri qaz ehtiyatlarına malikdir. İstehsalın işə salınması sayəsində ölkə hər il 260 milyon ABŞ dollarına qədər vəsait əldə edəcək.
(Hilo) Anunciamos a #Bolivia que las exploraciones que comenzamos el año pasado han dado resultado. Hemos encontrado reservas de gas natural en el campo Margarita-Huacaya, ubicado entre Tarija y Chuquisaca, con un potencial de producción de 3 millones de metros cúbicos por día. pic.twitter.com/kodsAzg838
— Luis Alberto Arce Catacora (Lucho Arce) (@LuchoXBolivia) February 5, 2022