Boliviyada prezident və parlament seçkilərində səsvermə rəsmən yekunlaşıb.
“Report” TASS-a istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 17:00-a (Bakı vaxtı ilə saat 16:00-dan 01:00-ə kimi-red) qədər fəaliyyət göstərib.
İlkin məlumata görə, səsvermədə ciddi qanun pozuntuları qeydə alınmayıb. "Seçkilər günü hələ ki, tam sakit keçir, heç bir problem olmayıb", - Boliviyanın daxili işlər naziri Arturo Murilo qeyd edib.
Onun sözlərinə görə, bir neçə nəfər nəqliyyatdan istifadə ilə bağlı saxta icazəyə və bülletenlərin olduğu çamadanı oğurlamaq cəhdinə görə saxlanılıb.
Səsvermə həmçinin Boliviyadan xaricdə keçirilib. Sayca ən çox seçki məntəqələri Argentinada - Buenos-Ayresdə fəaliyyət göstərib.
Seçkilərdə dövlət başçısı vəzifəsi uğrunda əsas mübarizə Luis Arse ilə sabiq-iqtisadiyyat naziri və Moralesin tərəfdarı Karlos Meso arasında olub.