Bolqarıstan Prezidenti Rumen Radev bazar ertəsi parlamentin buraxılması haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, R.Radev Bolqarıstanın 47-ci Parlamentinin avqustun 2-də buraxılması və bu il oktyabrın 2-nə yeni seçkinin təyin edilməsi barədə sənəd imzalayıb.
O, digər fərmanla Qılıb Donevin başçılıq etdiyi müvəqqəti hökumət qurub.