Bolqarıstanda erkən parlament seçkilərində səsvermə sona çatıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, saat 20:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi bağlanıb və seçki komissiyaları səsləri saymağa başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, saat 16:00-a qədər seçici fəallığı 27,20% -ə çatıb, səsvermədə 1,8 milyon nəfərə yaxın insan iştirak edib. Bu da 4 aprel seçkilərindən xeyli azdır.
Seçkilərdə ciddi qanun pozuntuları olmayıb, lakin MSK qanun pozuntusu ilə gün ərzində səhifələrində exit poll məlumatları dərc edən bir neçə internet nəşrini cərimələməyə qərar verib.
Bolqarıstan Xalq Məclisində (parlamentdə) 23 partiya və koalisiyaların nümayəndələri 240 yer uğrunda mübarizə aparıblar.