Bolqarıstanın “Dəyişiklikləri davam etdiririk” partiyalar koalisiyası hökuməti formalaşdıra bilməyib və mandatı Prezident Rumen Radevə geri qaytarıb.
“Report” xəbər verir ki, bu barədə “Novinite” nəşri məlumat yayıb.
Koalisiya tərəfindən Baş nazir postuna namizədliyi irəli sürülmüş Nikolay Denkov bildirib ki, Bolqarıstanın hansı istiqamətdə inkişaf etməsi ilə bağlı müzakirələr yaxın aylarda davam edəcək.
Bundan sonra Prezident R.Radev hakim koalisiya yaratmaq üçün 3-ü mandatı siyasi qüvvələrdən hansına təhvil verəcəyinə qərar verməlidir. Bu cəhd uğursuz olarsa, Bolqarıstan dövlət başçısı parlamenti buraxmalıdır.