Bolqarıstanın vitse-prezidenti İliana Yotovanın koronavirus testi müsbət nəticə verib.
“Report”un məlumatına görə, bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, vitse-prezidentdə COVID-19 infeksiyası aşkarlanıb.
"Vitse-prezident İliana Yotova bu gün koronavirus testi verib, testin nəticəsi müsbət olub. Vitse-prezident xəstəliyin yüngül əlamətləri ilə yaxşı vəziyyətdədir", - xəbərdə bildirilir.
Yanvarın 20-də onunla ünsiyyətdə olmuş Bolqarıstan Prezidenti Rumen Radev də koronavirus testi verib. Onun COVID-19 testinin nəticəsi mənfi olub.