Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.
"Report"un məlumatına görə, bu barədə Borel "X" sosial şəbəkəsində yazıb.
“Biz regionda apardığımız danışıqların nəticələrini gərginliyin azaldılması, Qəzzadakı humanitar fəlakəti yumşaltmaq və BMT-nin əvəzsiz rolunu gücləndirmək səyləri ilə müqayisə etdik”, - Borrell qeyd edib.
Borel Yəmən üsyançılarının təhdidləri fonunda Qəzza zolağında nizamlanma və Qırmızı dənizdəki vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib. ABŞ-nin dövlət katibi Antoni Blinken də bu gün Səudiyyə Ərəbistanına səfər edib və burada Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə edəcək.