Britaniyanın baş naziri Boris Consonla ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə "Times" Britaniya baş nazirinin dəftərxanasına istinadən məlumat yayıb.
Məlumata görə, Britaniyanın hökumət başçısı ABŞ-ın dövlət rəhbəri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.
"Baş nazir və prezident Bayden Əfqanıstanda humanitar böhranın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinə zərurətin olmasına razılaşdılar. Baş nazir regiona göstərilən humanitar yardımın həcminin artımı və qaçqınların köçürülməsi üzrə planlarını ifadə etdi", - deyə Britaniya baş nazirinin dəftərxanası tərəfindən yayılmış məlumatda bildirilir.