Boris Conson rusiyalı alimləri Britaniyaya dəvət edib

Boris Conson rusiyalı alimləri Britaniyaya dəvət edib “Rusiyada Putinin (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) zorakılığını həyəcanla müşahidə edən, özünü təhlükəsiz şəraitdə hiss etməyən rusiyalı alim və araşdırmaçılar Böyük Britaniyaya köçmək üçün çəkinmədən müraciət edə bilərlər”.
Digər ölkələr
28 İyun , 2022 09:45
Boris Conson rusiyalı alimləri Britaniyaya dəvət edib
Boris Conson

“Rusiyada Putinin (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) zorakılığını həyəcanla müşahidə edən, özünü təhlükəsiz şəraitdə hiss etməyən rusiyalı alim və araşdırmaçılar Böyük Britaniyaya köçmək üçün çəkinmədən müraciət edə bilərlər”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

“Siz Böyük Britaniyaya - aşkarlıq, azadlıq və biliklərə yiyələnməyi dəyərləndirən ölkəyə köçmək üçün müraciət edə bilərsiz”, - o vurğulayıb.

Məlumata görə, “Risk bölgəsində araşdırma” proqarmı çərçivəsində 130-a yaxın ukraynalı araşdırmaçı da Böyük Britaniyaya gedəcək. Proqrama ayrılan vəsait 10 milyon funt sterlinq artırılıb.

B.Conson Rusiya alimlərini ukraynalı həmkarları ilə birlikdə Britaniyada işləməyə dəvət edib.

Son xəbərlər

Orphus sistemi