“Ukrayna şəhərlərinə qarşı hücumlar çox iyrəncdir”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson tviter səhifəsində yazıb.
“Böyük Britaniya Ukrayna xalqına dəstək üçün əlindən gələni edəcək. Biz tərəfdaşları Rusiyanı mümkün qədər sərt şəkildə qınamağa və sanksiyaları davam etdirməyə çağırırıq”, - deyə paylaşımda bildirilib.