Boris Conson: “Yeni hökumət ölkəyə enerji böhranından çıxmağa kömək edəcək”

Boris Conson: “Yeni hökumət ölkəyə enerji böhranından çıxmağa kömək edəcək” Böyük Britaniyanın Baş naziri vəzifəsini tərk edən Boris Conson xələfi Liz Trassı dəstəklədiyini və yeni hökumətin ölkəyə enerji böhranından çıxmağa kömək edəcəyinə əmin olduğunu bildirib.
Digər ölkələr
6 Sentyabr , 2022 12:36
Boris Conson: “Yeni hökumət ölkəyə enerji böhranından çıxmağa kömək edəcək”

Böyük Britaniyanın Baş naziri vəzifəsini tərk edən Boris Conson xələfi Liz Trassı dəstəklədiyini və yeni hökumətin ölkəyə enerji böhranından çıxmağa kömək edəcəyinə əmin olduğunu bildirib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə B.Conson Dauninq Stritdə yerləşən iqamətgahın qarşısında vida çıxışı zamanı söyləyib.

"İnsanları bu enerji böhranının öhdəsindən gəlmək üçün lazım olan vasitələrlə təmin etmək baxımından iqtisadi gücümüz qalacaq. Bilirəm ki, Liz Trass və mühafizəkarlardan formalaşmış hökumət insanların bu böhrandan çıxmasına kömək etmək üçün əllərindən gələni edəcək. Ölkəmiz bu böhranın öhdəsindən gələcək", - o deyib.

B.Conson yeni hökumətə hər addımda dəstəyini ifadə edəcəyini söyləyib: "Bu, iqtisadiyyat, bütün ölkə üzrə ailələr üçün çətin dövrlərdir. Biz bunun öhdəsindən gələcəyik və daha güclü olacağıq. Mühafizəkarlar Partiyasındakı həmkarlarıma demək istərdim ki, Liz Trassı, onun komandasını və proqramını dəstəkləməyin və insanların rifahı naminə çalışmağın vaxtı çatıb".

Son xəbərlər

Orphus sistemi