Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Consona Fransa vətəndaşlığı verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü BFM telekanalına 81 yaşlı Stenli Consonun özü məlumat verib.
Yeni Fransa vətəndaşının dediyinə görə, o, anasının doğulduğu Fransa ilə əlaqələrini bu yaxınlarda bərpa edib. Ata Conson onu da diqqətə çatdırıb ki, oğlu, Britaniyanın hazırkı Baş naziri avtomatik olaraq Fransa vətəndaşlığı hüququna malik olmayacaq.
“Avropa İttifaqının ərazisində olmaqdan şadam” deyən S.Conson həmçinin Avropa Komissiyasının ilk britaniyalı işçilərindən biri olduğunu, daha sonra isə Avropa Parlamentinin üzvü olduğunu və Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına qarşı olduğunu xatırladıb.