Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
O bildirib ki, sanksiyalar paketinin məzmunu ilə bağlı Aİ-yə üzv ölkələr arasında “fikir ayrılıqları” var.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının (AK) 9-cu sanksiyalar paketini təqdim etdiyi barədə xəbər verilmişdi. Məlumata görə, bu paket çərçivəsində daha 200-ə yaxın şəxs və müəssisə, üç bank, dörd telekanal, hərbi sənaye kompleksi şirkətləri "qara siyahı"ya salınacaq. Paketə həmçinin ikili təyinatlı dronların və onların komponentlərinin tədarükünə məhdudiyyətlərin tətbiqi daxildir.