Böyük Britaniya Baş nazirinin ticarət elçisi ADA universitetində çıxış edib

Böyük Britaniya Baş nazirinin ticarət elçisi ADA universitetində çıxış edib Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ADA universitetində çıxış edib.
Digər ölkələr
9 Mart , 2022 16:47
Böyük Britaniya Baş nazirinin ticarət elçisi ADA universitetində çıxış edib

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ADA universitetində çıxış edib.

“Report” xəbər verir ki, Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın inkişaf perspektivləri haqqında danışıb.

Xatırladaq ki, Böyük Britaniya Baş nazirinin ticarət elçisi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək və ticarət əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlər çərçivəsində Azərbaycana üç günlük səfər edib. Səfər, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında gələcək kommersiya imkanlarının araşdırılmasına, eləcə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdə Böyük Britaniyanın potensialının təşviqinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi