Böyük Britaniya Əfqanıstandan qoşunların çıxarılması əməliyyatını başa çatdırıb

Böyük Britaniya Əfqanıstandan qoşunların çıxarılması əməliyyatını başa çatdırıb Səfir: "Avqustun 13-dən etibarən Birləşmiş Krallıq hökuməti Əfqanıstandan təxminən 15 min mülki şəxsi və min hərbçini çıxarıb"
Digər ölkələr
28 Avqust , 2021 17:09
Böyük Britaniya Əfqanıstandan qoşunların çıxarılması əməliyyatını başa çatdırıb

Böyük Britaniya Əfqanıstandan mülki şəxslərin və hərbçilərin çıxarılması əməliyyatını başa vurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın bu ölkədəki səfiri Lori Bristou bildirib.

Onun sözlərinə görə, avqustun 13-dən etibarən Birləşmiş Krallıq hökuməti Əfqanıstandan təxminən 15 min mülki şəxsi və min hərbçini çıxarıb. “Əməliyyatın bu mərhələsinə son qoymağın vaxtı çatıb. Amma biz hələ də ölkəni tərk etmək istəyən insanları unutmamışıq. Onlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik. Həmçinin Əfqanıstanın cəsur və ləyaqətli insanlarını da unutmamışıq. Onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”, - Bristou Kabul hava limanından videomüraciətində bildirib.

Son xəbərlər

Orphus sistemi