Böyük Britaniya parlamentinin icmalar palatası Avropa İttifaqı ilə sərbəst ticarət sazişini II oxunuşda qəbul edib.
“Report” xəbər verir ki, gələn il yanvarın 1-dən qüvvəyə minəcək sənədin lehinə 521 səs, əleyhinə isə 73 səs verilib.
Xatırladaq ki, “Brexit” sonrası dövrdə əməkdaşlığın şərtlərinə dair aylarla davam edən gərgin danışıqlardan sonra dekabrın 24-də tərəflər sərbəst ticarət və sair məsələlərə dair razılığa gəliblər.