Böyük Britaniyada iş günlərinin azaldılmasına dair pilot layihə həyata keciriləcək

Böyük Britaniyada iş günlərinin azaldılmasına dair pilot layihə həyata keciriləcək Böyük Britaniyada bu ilin iyun ayından 4 günlük iş həftəsinin nəzərdə tutulduğu pilot layihənin icrasına başlanılacaq.
Digər ölkələr
19 Yanvar , 2022 13:09
Böyük Britaniyada iş günlərinin azaldılmasına dair pilot layihə həyata keciriləcək

Böyük Britaniyada bu ilin iyun ayından 4 günlük iş həftəsinin nəzərdə tutulduğu pilot layihənin icrasına başlanılacaq.

“Report” “The Times”a istinadən xəbər verir ki, ilkin olaraq 6 şirkətin iştirak edəcəyi layihəyə sonradan daha 20-dək şirkətin qoşulacağı gözlənilir.

Layihə iştirakçıları altı ay ərzində məvacibi azalmamaq şərti ilə həftədə 4 gün çalışacaq. İştirak etmək istəyənlər mart ayının sonunadək qeydiyyatdan keçməlidir.

Layihənin təşəbbüsü “Autonomy” Araşdırma Mərkəzi, Oksford və Kembric universitetləri, Boston Koleci əməkdaşları ilə birgə Yeni Zellandiya iş adamları tərəfindən ötən ilin yayında irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi