Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə keçirib

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə keçirib Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.
Digər ölkələr
20 Sentyabr , 2024 17:14
Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə keçirib

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

"Xarici işlər naziri Livandakı vəziyyəti müzakirə etmək və Londonun ölkə vətəndaşlarının təxliyəsini tələb edə biləcək hər hansı bir eskalasiyaya hazır olmasını təmin etmək üçün COBRA-nın təcili iclasına sədrlik edib", – məlumatda bildirilib.

Qeyd edək ki, sentyabrın 17-18-də Livanda eyni vaxtda çoxlu sayda rabitə cihazlarında partlayışlar baş verib. Rəsmi məlumatlara görə, 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. Bu hadisədən sonra Böyük Britaniyanın xarici işlər naziri yenidən ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Avqustun əvvəlində Livanda 16 minə yaxın Böyük Britaniya vətəndaşı olub.

Son xəbərlər

Orphus sistemi