Braziliyada koronavirusun "deltakron" ştamına ilk yoluxma qeydə alınıb

Braziliyada koronavirusun "deltakron" ştamına ilk yoluxma qeydə alınıb Braziliya koronavirusun "deltakron" ştamına ilk yoluxma qeydə alınıb.
Digər ölkələr
16 Mart , 2022 06:41
Braziliyada koronavirusun deltakron ştamına ilk yoluxma qeydə alınıb

Braziliyada koronavirusun "deltakron" ştamına ilk yoluxma qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Marselo Keyroqa bildirib.

"Bu, "omikron" və "delta"nın birləşməsindən yaranan variantdır. Fransada və Avropanın başqa yerlərində daha çox yayılıb. Mütəxəssislərimiz artıq Braziliyada iki yoluxma halı aşkar ediblər, biri Amapa ştatında, digəri isə Para ştatındadır. Vəziyyət nəzarətdədir”, - Keyroqa deyib.

Qeyd edək ki, 213 milyon əhalisi olan Braziliyada pandemiya başlayandan indiyədək 29,4 milyona yaxın koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 655 min nəfər ölüb, 27,8 milyondan çox insan sağalıb, 886 min aktiv xəstə var.

Son xəbərlər

Orphus sistemi