Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmadığından Nyu-Yorkda restorana buraxılmayıb.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Dövlət başçısı BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gəlib. Təşkilatın binasına giriş üçün peyvəndi təsdiq edən sənəd tələb olunmasa da, Nyu-Yorkdakı ictimai qida yerlərinə giriş üçün vaksin sertifikatı tələb olunur.
Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabın 14-də işə başlayıb. Sessiyanın əsas tədbiri olan yüksək səviyyəli həftə sentyabrın 21-27-də baş tutacaq.