Braziliya Prezidenti xəstəxanadan buraxılıb

Braziliya Prezidenti xəstəxanadan buraxılıb Braziliya Prezidenti Jair Bolsonaru çərşənbə günü səhər saatlarında San-Paulouakı xəstəxanadan buraxılıb.
Digər ölkələr
6 Yanvar , 2022 04:31
Braziliya Prezidenti xəstəxanadan buraxılıb
Jair Bolsonaru

Braziliya Prezidenti Jair Bolsonaru çərşənbə günü səhər saatlarında San-Paulouakı xəstəxanadan buraxılıb.

“Report”un məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər verib.

Onu müayinə edən həkimlər qrupu cərrahi əməliyyata ehtiyac oduğunu istisna edib.

Qeyd edək ki, Braziliya Prezidenti yanvarın 3-də xəstəxanaya yerləşdirilmişdi. Bolsonaru 2021-ci ilin iyulunda da eyni səbəbdən xəstəxanaya müraciət edib. O, 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb. Dövlət başçısı ölkənin cənubunda istirahətini yarımçıq qoymağa məcbur olmuşdu.

Xatırladaq ki, 66 yaşlı Bolsonaru 2018-ci ilin seçki kampaniyası zamanı qarın nahiyəsindən bıçaq xəsarəti aldıqdan sonra bir neçə dəfə cərrahi əməliyyat olunub.

Son xəbərlər

Orphus sistemi