Braziliyanın demək olar, bütün ərazisində koronavirus pandemiyası fonunda prezident Jair Bolsonaru və onun hökumətinin yürütdüyü siyasətə qarşı mitinqlər keçirilib.
“Report”un məlumatına görə, bu barədə yerli
"Şənbə günü azı 24 ştatda və federal dairədə Bolsonaru hökumətinə qarşı nümayişlər keçirilib. İnsanlar gün ərzində marşlarla toplaşır və çoxsaylı tələblər irəli sürürdülər”, - portal qeyd edib.
Xüsusi halda, etirazçılar COVID-19-a qarşı vaksinlərin alınmasına, əhaliyə təcili tibbi yardımın göstərilməsinə, vətəndaşların təhsil və səhiyyə hüquqlarına riayət olunmasına çağırıblar. Nümayişlərdə prezidentin impiçmentinə çağırışlar da edilib.
Aksiyalar ümumilikdə dinc xarakter daşıyıb. Ancaq Resifi şəhərində hərbi polis etirazçıları rezin güllələr və gözyaşardıcı qaz tətbiq edərək qovub.