Braziliyada elektrik ötürücü xəttin aşması 7 nəfərin ölümünə səbəb oldu

Braziliyada elektrik ötürücü xəttin aşması 7 nəfərin ölümünə səbəb oldu Braziliyanın şimalındakı Para əyalətində tikilməkdə olan elektrik ötürücü xəttin aşması nəticəsində ən azı yeddi nəfər ölüb, beş nəfər yaralanıb.
Digər ölkələr
17 İyul , 2021 07:15
Braziliyada elektrik ötürücü xəttin aşması 7 nəfərin ölümünə səbəb oldu

Braziliyanın şimalındakı Para əyalətində tikilməkdə olan elektrik ötürücü xəttin aşması nəticəsində ən azı yeddi nəfər ölüb, beş nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə G1 portalı ərazinin səhiyyə idarəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə gün ərzində baş verib. Altı nəfər qəza yerində, daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

Yaralananlara tibbi yardım göstərilir, səhhətləri barədə məlumat verilmir.

Çökmə zamanı ən az 26 nəfərin hadisə yerində olduğu qeyd edilir.

Xilasedicilər hadisə yerində axtarışlara davam edir.

Son xəbərlər

Orphus sistemi