Braziliyanın San-Paulu ştatında sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 41 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, hadisə Taquai bələdiyyəsi ərazisində baş verib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində azı 32 nəfər həlak olub, daha 15 nəfər xəsarət alıb.