Braziliyanın şimal-şərqindəki Baiya ştatı və qonşu Minas-Jerays ştatlarında tüğyan edən güclü leysan yağışlar nəticəsində azı 7 nəfər ölüb, 175 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, həftənin ortalarından etibarən bu ştatların sərhədində siklon tüğyan edir, nəticədə regionda yağıntının səviyyəsi 450 mm-ə çatıb. Baiya ştatında 25 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Onlardan bəzilərində son 35 ilin ən pis daşqınları baş verib. Təbii hadisə bir neçə körpünü, iki çay bəndini dağıdıb, üç magistral yolda hərəkəti bağlayıb.
Xilasedicilər bildiriblər ki, təbii fəlakət nəticəsində 5,7 min nəfərə yaxın insan evsiz qalıb, daha 6,7 min nəfər evlərini tərk etmək məcburiyyəti ilə üzləşib. Təbii fəlakətdən bölgənin 85 mindən çox sakini zərər çəkib.