Braziliyanın Espirito Santo ştatının Arakruz rayonunda 16 yaşlı yeniyetmə atasının odlu silahı ilə iki məktəbdə 4 nəfəri güllələyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Renato Kasaqrande tviter səhifəsində məlumat yayıb.
Daha 13 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.