Braziliyada başlayan etirazlar zamanı 50-yə yaxın insan xəsarət alıb, 6 yaralının vəziyyəti ağırdır, 2 zərərçəkən isə təcili tibbi müdaxiləyə ehtiyac duyub.
“Report” xəbər verir ki, bu barədə yerli KİV paytaxt Brazilia xəstəxanasının məlumatlarına istinadən məlumat yayıb.
“Xəstəxananın məlumatına görə, Braziliada azı 46 yaralı var”, - mənbələr bildirib.
Braziliya polisi paytaxtda iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adamı saxlayıb. Onları 12 ilə qədər həbs gözləyir.
“Report” xəbər verir ki, bu barədə Braziliya Federal Dairəsinin qubernatoru İbaneys Roşa
Hüquq-mühafizə orqanları hesab edir ki, Braziliyada dövlət orqanlarının binalarına basqın planlaşdırılıb.
"Gəldim sizə məlumat verim ki, artıq 400-dən çox insan saxlanılıb və onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Biz Federal Dairədə bu gün günortadan sonra terror aktlarında iştirak edən bütün şəxslərin müəyyən olunması üçün işi davam etdiririk. Biz asayişin bərpa olunmasına çalışırıq”, - o sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Braziliya hüquq-mühafizə orqanları parlamenti daha əvvəl binaya soxulmuş etirazçılardan azad ediblər.
Bazar günü Braziliyanın paytaxtında iğtişaşlarda iştirak edən 170 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə
Söhbət ölkənin Milli Konqresinin (parlament -red) binasına soxulan və orada talan törədən vandallardan gedir. Parlament binasından olan kadrlarda çoxsaylı dağıntılar, sınmış və mebellər, hətta tonqallar da görünür.
Bundan əlavə, telekanal Prezident Sarayının binasından əlləri qandallı çıxarılan nümayiş iştirakçılarını da nümayiş etdirib. Federal Ali Məhkəmənin binasında iğtişaşçılar hakimlərin paltarlarını oğurlayıblar. Saxlanılan şəxslər avtobusla polis bölmələrinə aparılır.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də polislə toqquşub və paytaxtda hökumət binalarına soxulublar. Bazar günü boş qalan inzibati binaların bir neçə mühafizəçisi oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini tanımayan etirazçıları dəf edə bilməyib.
Bundan əvvəl “CNN Brazil” 30 nəfərin saxlanılması haqqında məlumat verib. Onları 12 ilə qədər həbs cəzası gözləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşların mərkəzləşdirilmiş formada planlaşdırıldığını qeydə alıblar.
Braziliya Prezidenti Luis İnasio Lula da Silva iğtişaşlar səbəbindən paytaxtda fövqəladə vəziyyət elan edib.
Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq. Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı da cəzalandıracağına söz verib.