Breyvik yeni həbsxanaya köçürülüb

Breyvik yeni həbsxanaya köçürülüb 2011-ci ilin iyulunda Norveçdə terror aktları törətdiyinə görə həbsxanaya salınmış norveçli sağçı radikal Anders Breyvik yeni həbsxanaya köçürülüb.
Digər ölkələr
29 Mart , 2022 20:34
Breyvik yeni həbsxanaya köçürülüb

2011-ci ilin iyulunda Norveçdə terror aktları törətdiyinə görə həbsxanaya salınmış norveçli sağçı radikal Anders Breyvik yeni həbsxanaya köçürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Aftenposten” qəzeti məlumat yayıb.

Köçürülmə ilə bağlı planlar fevralın əvvəlində Norveç İslah Müəssisələri Xidməti tərəfindən açıqlanmışdı. Terrorçu indiyə qədər olduğu Şien həbsxanasından Rinnerike həbsxanasınasına göndərilib. Cəzaçəkmə müəssisəsindəki şərait eyni olacaq.

Xidmətdən bildirilib ki, qərar Breyvikin uzun illər eyni həbsxanada qalması ilə bağlıdır və bu səbəbdən onun yerinin dəyişdirilməsi məsələsi aktuallaşıb.

Məhkəmənin fikrincə, məhkumun psixi xüsusiyyətlərinin dəyişmədiyini nəzərə alsaq, onun yenidən terror törətmək riski qalmaqdadır.

Xatırladaq ki, 2011-ci il iyulun 22-də Breyvik Oslonun mərkəzində hökumət binası yaxınlığında güclü partlayıcı qurğunu işə salmış, nəticədə 8 nəfər ölmüş, bir neçə yüz nəfər yaralanmışdı. Elə həmin gün o, Utoya adasında olan Sosial Demokratik Əmək Partiyasının gənclər qanadının toplantısının iştirakçılarına atəş açaraq, əksəriyyəti yeniyetmələr olmaqla 69 nəfəri öldürmüş, 66 nəfəri yaralamışdı. İndi terrorçu 21 illik həbs cəzasını çəkir. Səlahiyyətlilərin fikrincə, məhbus cəmiyyət üçün təhlükə yaratmağa davam edərsə, bu müddət məhdudiyyətsiz sayda uzadıla bilər.

Son xəbərlər

Orphus sistemi