Britaniya, ABŞ və Finlandiya birgə hərbi təlimlərə başlayıb

Britaniya, ABŞ və Finlandiya birgə hərbi təlimlərə başlayıb Britaniya, ABŞ və Finlandiya hərbçiləri "Vigilant Fox" təliminə başlayıblar.
Digər ölkələr
30 İyul , 2022 09:40
Britaniya, ABŞ və Finlandiya birgə hərbi təlimlərə başlayıb

Böyük Britaniya, ABŞ və Finlandiya orduları birgə hərbi təlimlərə başlayıb.

“Report” “SKY News”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.

“Vigilant Fox” adı altında keçirilən təlimlər 4 gün davam edəcək.

Təlimlərin Finlandiyanın NATO-ya üzv olmaq ərəfəsində keçirilməsi diqqət çəkir.

Xatırladaq ki, Finlandiya may ayında Böyük Britaniya ilə qarşılıqlı təhlükəsizlik təminatı haqqında bəyannamə imzalayıb. Finlandiya, həmçinin Böyük Britaniyanın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələrinin üzvüdür.

Son xəbərlər

Orphus sistemi