Böyük Britaniya hökuməti bu gün Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən birlikdə hazırlanmış COVID-19 peyvəndinin istifadəsini təsdiqləyib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin saytındakı bəyanatda bildirilib.
“Hökumət bu gün Dərman Vasitələri və Tibbi Təyinatlı Məhsullar İdarəsinin (MHRA) Oksford Universiteti və “AstraZeneca”nın birgə hazırladığı COVID-19 peyvəndinin istifadəsinə icazə verilməsinə dair tövsiyəsini qəbul edib”, - bəyanatda deyilir.