Baxmutda rusiyalı desantlar “Vaqner” özəl hərbi şirkətinin muzdlularını əvəz ediblər. Lakin Rusiyanın “elit” adlandırılan qoşunları çağırışlara cavab verməkdə daha az çevik olacaq.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Ukrayna ərazilərini işğal etməmişdən əvvəl desantları “elit qoşunlar” adlandırırdılarsa, indi onların döyüş qabiliyyəti xeyli pisləşib.
“Rusiyalı komandirlər yəqin ki, bu bölmələrin bəzilərini hələ də nisbətən döyüşə hazır vəziyyətdə saxlamağa çalışıblar. Əvəzində, onları Baxmutda cəbhə xəttini saxlamaq üçün yerləşdirməyə məcbur olublar”, - məlumatda qeyd edilib.