"Ukrayna hava məkanının böyük hissəsinə nəzarəti öz əlində saxlayır".
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu, Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin yaydığı məlumatda bildirilib.
“Rusiya isə Ukraynanın Hərbi Hava Qüvvələrini və hava hücumundan müdafiə sistemlərini dəf edə bilməyib. Rusiya aviasiyası Ukraynanın cənubunda və şərqində toplaşıb. Onlar Rusiyanın quru qoşunlarına dəstək verirlər. Rusiyanın Ukraynanın şimalına və qərbinə hava çıxışı çox məhduddur. Ukrayna Rusiyanın təyyarələri üçün təhlükə yaratmaqda davam edir. Rusiya isə Ukraynanın hərbi obyektlərinə və ölkə daxilindəki logistika infrastrukturuna zərbələr endirir. Rusiya dəmir yollarını atəşə tutmaqla Ukrayna ordusunun təchizatına mane olur”, - məlumatda qeyd olunub.