"Ukrayna döyüşlərin gedişatı üçün Rusiyanın vacib hesab etdiyi ərazilərə təzyiq göstərir".
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, döyüş meydanında durum gərgin olaraq qalır: "Son üç gündə Ukrayna qüvvələri Xarkov vilayətindəki Oskil çayının şərq sahilini mühafizə edir. Ukrayna ordusunun cənubda isə Donetsk vilayətində - Rusiyanın may ayında ələ keçirdiyi Siverskiy-Donetsk istiqamətində əks-hücumları davam edir".