Britaniya kraliçasının iqamətgahında şübhəli qurğu zərərsizləşdirilib, saxlanılan var

Britaniya kraliçasının iqamətgahında şübhəli qurğu zərərsizləşdirilib, saxlanılan var Britaniya polisi Britaniya hökmdarlarının rəsmi iqamətgahında, Xolirud qəsrində kişini saxlayıb, istehkamçılar qrupu şübhəli qurğunu zərərsizləşdirib
Digər ölkələr
24 Mart , 2021 19:13
Britaniya kraliçasının iqamətgahında şübhəli qurğu zərərsizləşdirilib, saxlanılan var

Britaniya polisi krallıq hökmdarlarının rəsmi iqamətgahında, Xolirud qəsrində kişini saxlayıb, istehkamçılar qrupu şübhəli qurğunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Şotlandiya polisinə istinadən PA agentliyi bildirib.

Agentliyin məlumatına görə, hadisə çərşənbə axşamı olub, ətrafdakı insanlar üçün təhlükə mövcud olmayıb, binaya zərər vurulmayıb.

Araşdırma aparılır.

Böyük Britaniya kraliçası II Yelizaveta 1 ildən çoxdur Edinburqa gəlmir. Qeyd edilir ki, 94 yaşlı monarx və əri, Edinburq hersoqu Filip hələ ötən ilin martında London yaxınlığındakı şəhərkənarı kral iqamətgahı Vindzorda özlərini təcrid ediblər.

Son xəbərlər

Orphus sistemi