Britaniya MN: “Kremlə hücumu Rusiya özü təşkil edib”

Britaniya MN: “Kremlə hücumu Rusiya özü təşkil edib” “Kremlə hücumu Rusiya özü təşkil edib”.
Digər ölkələr
4 May , 2023 14:40
Britaniya MN: “Kremlə hücumu Rusiya özü təşkil edib”

“Kremlə hücumu Rusiya özü təşkil edib”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi “Sky News”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Kremlə hücum Ukraynaya nə isə qazandırmır: “Üstəlik, hər kəs bilir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə qalmır. Yəni Kiyevin bu addımdan qazanacağı bir şey yoxdur”.

Nazirlik rəsmisi bildirib ki, Rusiyanın belə bir hücumu həyata keçirmək üçün daha çox motivləri var idi: “Rusiya bu yolla sosial birliyi təmin edir və daha təhlükəli bombardmanlara şərait yaradır”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi