Böyük Britaniya Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovaya sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
O, Rusiyanın ukraynalı uşaqları oğurlamasını pisləyib: “Eşitdim ki, ukraynalı uşaqları oğurlayırlar, Rusiyaya deportasiya edirlər və zorla övladlığa verirlər”.